Türkiyə indi də pilotsuz helikopter istehsal etmək istəyir - Foto

10:50 - 22.12.2020


22 dekabr, Fineko/abc.az. Türkiyənin Titra Teknoloji A.Ş., texnologiya şirkəti pilotsuz helikopter istehsal etməyə başlayır.

ABC.AZ xəbər verir ki, məqsəd hərbi və mülki ehtiyacları ödəmək üçün yüksək yük daşıma, uçuş vaxtı və uçuş məsafəsinə sahib hava nəqliyyat vasitəsi əldə etməkdir.

190 kiloqrama qədər iki nəfəri daşıya bilən və 3 saata qədər havada qala bilən bir platforma şirkət tərəfindən alınaraq Belarus mühəndislik şirkəti ilə əməkdaşlıq çərçivəsində transformasiya prosesi başladılıb.

Alpin pilotsuz helikopterinin 2021-ci ilin sonuna qədər kütləvi istehsala hazır olması gözlənilir.

 


Bütün xəbərlər