Sağalanlar yoluxanları üstələdi – 41 nəfər isə “COVID-19”un qurbanı oldu

16:43 - 22.12.2020


22 dekabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 2284 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, son sutkada 4392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son 24 saat ərzində 41 nəfər “COVID-19”dan vəfat edib.

 

Bütün xəbərlər