Koronavirus əleyhinə vaksinlər Gürcüstana martda gətiriləcək

17:35 - 22.12.2020


22 dekabr, Fineko/abc.az. Gürcüstana koronavirusa qarşı vaksinin mart ayında gətiriləcəyi gözlənilir.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri vəzifəsini icra edən Ekaterina Tikaradze açıqlama verib.

Onun sözlərinə görə, Gürcüstan peyvəndin ümumi dəyərinin 25%-ni artıq ödəyib və bu məbləğ ölkəyə preparatı almaqla yanaşı seçmək hüququ da verir.

E.Tikaradze peyvəndin Gürcüstan əhalisinin 20%-i üçün nəzərdə tutulduğunu qeyd edib.

 

Bütün xəbərlər