Gürcüstanda korona bir gündə 51 can aldı – Son 24 saatln statistikası

14:51 - 23.12.2020


23 dekabr, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində 2 345 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 51 nəfərin ölməsi ilə bərabər ümumilikdə 2 233 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 3 560 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 214.871 nəfərə çatıb. Onlardan 191.968 nəfəri isə tam olaraq sağalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər