DTX-nin Şuşada idarəsi açıldı

16:35 - 23.12.2020


23 dekabr, Fineko/abc.az. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub.

ABC.AZ DTX-nin saytına istinadən xəbər verir ki, tədbirdə övlətimizin başçısı tərəfindən hüquq mühafizə orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayan general-polkovnik Əli Nağıyev, DTX Şuşa Rİ-nin yeni inzibati binasının istifadəyə verilməsinin də məhz bu qayğının bariz göstəricisi olduğunu qeyd edib.

DTX-nin rəisi əməkdaşların məsuliyyətli, eyni zamanda böyük etimad olaraq Şuşa şəhərində öz xidmətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Xidməti müşavirədə DTX Şuşa Rİ-nin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulub.

 

Bütün xəbərlər