811 sahibkara 112 milyon manat güzətşli kredit verilib – Nazir

12:21 - 24.12.2020


24 dekabr, Fineko/abc.az. Bu gün Milli Məclisin plenar iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə,  iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov bəzi məsələlərə toxunub.

O qeyd edib ki, milli ixrac strategiyası ilə bağlı yeni plan hazırlanıb və yaxın vaxtlarda təqdim olunacaq.

"Hökumət tərəfindən pandemiyanın insanlara təsirinin azaldılması üçün görülən tədbirlər, pandemiyadan zərərçəkmiş sahələrdə olan sahibkarlara verilən dəstək nəticəsində iqtisadi tənəzzülü yumşaltmağa nail olunub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxil olan vəsait ümumi daxiolmanın 75 %-ni təşkil edir. 811 sahibkara 112 milyon manat güzətşli kredit verilib və kreditlər hesabına yeni iş yerlərinin açılmasına şərait yaradılıb” deyə nazir qeyd edib.

 

Bütün xəbərlər