330x110
 

Fondun gələn əhaliyə edəcəyi ödəniş açıqlandı – Böyük məbləğ

24.12.2020,12:34


24 dekabr, Fineko/abc.az. 2021-ci ildə Dövlət Sosial Müdafiə Fondunun əhaliyə 5 004,79 mln. manat ödəniş edəcəyi proqnozlaşdırılır.

ABC.AZ-ın məlumatına görə, bu barədə "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatası tərəfindən verilən rəydə bildirilir.

Rəydə qeyd olunub ki, bu, Fondun xərclərinin 97,3%-ni təşkil edir.

Bu göstərici 2019-cu ilin icra göstəricisindən 1 161,65 mln. manat və ya 30,2%, 2020-ci ilin proqnoz göstəricisindən isə 360,03 mln. manat və ya 7,8% çoxdur.