Sığorta şirkətlərinin yığımı artıb - Hesabat

14:31 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 668 milyon 926 min manat məbləğində sığorta haqqı toplanılıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 391,454 milyon manat təşkil edib.

Bu isə illik müqayisədə 55,2 % çoxdur.

 

Bütün xəbərlər