Şəhid və qazilərin ipoteka kreditləri belə ödəniir – Detallar

11:39 - 28.12.2020


28 dekabr, Fineko/abc.az. Vətən Müharibəsində iştirak edərək şəhid olmuş və ya müvafiq əlillik dərəcəsi almış hərbçilərimizə İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş ipoteka kreditləri həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilir.

Azərbaycan Sığortaçılar Assosiasiyasından ABC.AZ-a verilən məlumata görə, bu günə qədər 3 milyon 235 min 757 manat həcmində ipoteka kreditləri həyat sığortası sahəsində fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tam ödənilib.

Həmçinin şəhidlərimizin vərəsələrinə, xəsarət almış hərbçilərimizə və əlillik dərəcəsi müəyyən edilmiş qazilərimizə sığorta ödənişinin verilməsi operativ qaydada həyata keçirilməkdədir. Bu günədək 1053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət alan 4119 nəfər hərbiçimizə sığorta ödənişi verilib. Həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği 18 milyon 109 min 850 manat təşkil edir.