Azərbaycanda hər kəsin ailə həkimi olacaq – Gələn ildən

12:13 - 28.12.2020


28 dekabr, Fineko/abc.az. 2021-ci il ərzində icbari tibbi sığorta bütün ölkədə tətbiq ediləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ABC.AZ-a daxil olmuş məlumata görə, icbari tibbi sığortanın tətbiqi ilə sığortaolunanlar ailə həkiminin xidmətindən yararlana biləcəklər.

Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimini seçmək və ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsində qeydiyyata alınma prosesi “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası” əsasında həyata keçirilir. Sığortaolunan ailə həkimini seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir.

 

Bütün xəbərlər