Gürcüstanda yoluxma kəskin azaldı – Ölənlər isə artdı

12:32 - 28.12.2020


28 dekabr, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda 538 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 41 nəfərin ölməsi ilə bərabər ümumilikdə 2418 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 2.766 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 222.143 nəfərə çatıb. Onlardan 206.313 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər