Ermənistanda aksiyaçılarla deputatlar arasında qarşıdurma baş verib

14:39 - 28.12.2020


28 dekabr, Fineko/abc.az. Ermənistanda siyasi gərginlik və etiraz aksiyaları davam edir.

ABC.AZ-ın məlumatına görə, bu gün yenidən vətəndaşlar Ermənistan parlamenti qarşısında baş nazir Nikol Paşinyanın istefasını tələb edərək etiraz aksiyası keçiriblər.

Etirazçılar parlamentin fövqəladə iclasında iştirak etmək üçün gələn millət vəkillərinə təhqiramiz şuarlar səsləndiriblər.

Bu zaman millət vəkilləri ilə etirazçılar arasında qarşıdurma yaşanıb. Hadisəyə polis müdaxilə edərək millət vəkillərinin parlamentə daxil olmalarına şərait yaradıb.

 

Bütün xəbərlər