Azərbaycanda peyvəndlənmənin vaxtı açıqlandı – Pulsuz olacaq

15:06 - 29.12.2020


29 dekabr, Fineko/abc.az. Yanvarın əvvəlində Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə başlanacaq.

ABC.AZ-ın məlumatına görə, bu barədə Türkiyə mediası TƏBİB sədri Ramin Bayramlıya istinadən xəbər verib.

R.Bayramlı qeyd edib ki, Azərbaycan və Türkiyə vətəndaşlarına eyni vaxtda peyvənd tətbiq olunacaq.

TƏBİB rəhbəri koronavirusla mübarizə protokolları və tətbiqləri ilə əlaqədar araşdırmalara başladıqlarını ifadə edib: "Türk alimləri tərəfindən tapılan peyvəndlər də var. İndi 2-ci mərhələyə keçmək üzrədirlər. Bu  mövzuda Türkiyə Elm Şurası ilə çox yaxın əlaqələrimiz var. Onların qərarlarını izləyirik. Vaksinin Türkiyə tərəfindən seçildiyinə əminik".

R.Bayramlı Azərbaycanda koronavirus peyvəndinin pulsuz tətbiq ediləcəyini açıqlayıb.

 

Bütün xəbərlər