Gürcüstanda koronadan ölənlər azaldı - Yoluxmada isə ciddi dəyişiklik yoxdur

15:31 - 29.12.2020


29 dekabr, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda 2 012 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlunatına görə, bu gün ölkədə virusdan 25 nəfərin ölməsi ilə bərabər ümumilikdə 2443 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 2 638 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 224.155 nəfərə çatıb. Onlardan 208.951 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər