Qarabağda davamlı sülh quracağıq - Mövlud Çavuşoğlu

16:27 - 29.12.2020


29 dekabr, Fineko/abc.az. Bölgədəki iki böyük ölkə olaraq əməkdaşlığımız gözə çarpan nəticələr verir. Qarabağda atəşkəs bərpa edildi.

ABC.AZ xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Soçi şəhərində Türkiyə-Rusiya Birgə Strateji Planlaşdırma Qrupunun iclasından sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlı missiyası meydandadır.

"Birgə müşahidə mərkəzimiz də yaradılır. Burada məqsədimiz davamlı sülh və sabitlikdir. Altılı formatı və bütün imkanlarımızı səfərbər etməliyik. Bu addımlar atıldıqca davamlı bir sülh quracağıq və bölgədə münasibətləri normallaşdıracağıq" - deyə M.Çavuşoğlu bildirib.

 

Bütün xəbərlər