22 minə yaxın vergi ödəyicisinə maliyyə dəstəyi göstəriləcək – Qərar

16:45 - 29.12.2020


29 dekabr, Fineko/abc.az. Ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək.

ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki,  sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılacaq.

Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur. 22 minə yaxın vergi ödəyicisini əhatə edəcək bu tədbir çərçivəsində pandemiyanın zərər çəkmiş sahələrdə çalışan 200 min nəfərdən çox muzdlu işçinin əmək haqlarının müəyyən hissəsi ödəniləcək.

Bu məqsədlə sahibkarlara dövlət tərəfindən 52,5 milyon manat həcmində maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulur.

 

Bütün xəbərlər