Azərbaycan daha bir ölkədə səfirlik açır

11:04 - 30.12.2020


30 dekabr, Fineko/abc.az. Azərbaycanın daha bir ölkədə səfirliyi təsis ediləcək.

ABC.AZ-ın məlumatına görə, yeni səfirlik Əfqanıstan İslam Respublikasında açılacaq.

Bu barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Belə ki, qanun layihəsinə əsasən, Kabil şəhərində Azərbaycanın Səfirliyi təsis ediləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər