Gürcüstanda yoluxmalar yenə artdı – Bir günün statistikası

12:31 - 30.12.2020


30 dekabr, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində 1 738 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 38 nəfərin ölməsi ilə bərabər ümumilikdə 2 481 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 1 494 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 225 893 nəfərə çatıb.

Onlardan 210 445 nəfəri isə tam olaraq sağalıb.

 

Bütün xəbərlər