Bakıda yoluxma ən çox bu rayonlardadır - Siyahı

15:34 - 5.01.2021


5 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda koronavirusa ən çox yoluxmanın qeydə alındığı ərazilərn siyahısı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, Bakı şəhəri üzrə ən çox koronavirusa yoluxma Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Binəqədi rayonunda koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.1 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 10.7 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.9 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.8 faiz, Qaradağda 5.4 faiz,  Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib. Ölkə üzrə yoluxanların 54 faizini qadınlar, 46 faizini isə kişilər təşkil edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər