Son sutkada 31 nəfər ölüb, 802 yeni yoluxma var - Statistika

16:40 - 5.01.2021


5 yanvar, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olam məlumata görə, bununla yanaşı 2479 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 31 nəfər “COVID-19”dan vəfat edib.

 

Bütün xəbərlər