SOCAR işçilərinin əməkhaqları azaldılacaq? – Açıqlama

15:47 - 6.01.2021


6 yanvar, Fineko/abc.az. Hazırda SOCAR-da kütləvi ixtisar planlaşdırılmır.

ABC.AZ xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov SOCAR prezidenti Rövnəq Abdullayevin imzaladığı əmrə münasibət bildirərkən deyib.

O qeyd edib ki, pandemiya şəraitində dünyanın bir çox aparıcı neft şirkətlərində ixtisarlar olub: “Analoji proseslər dünyanın bir çox aparıcı neft şirkətlərində xərclərin azaldılması və kütləvi ixtisarlarla müşahidə olunub. SOCAR öz sosial məsuliyyəti çərçivəsində və büdcənin imkan verdiyi qədər, vəziyyətdən çıxış yolunu başqa sahələrdə axtarır, ixtisara yol verməməyə, istehsalat xərclərinin, idarəetmə aparatında əməkhaqlarının azaldılması kimi mümkün vasitələrdən istifadə etməklə əməliyyat dayanıqlığını təmin etməyə çalışır”.

Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda işçilərin attestasiyasının keçirilməsi haqqında əmr imzalayıb.

 

Bütün xəbərlər