Gürcüstanda vaksinlər sınaqdan keçirilir

10:17 - 7.01.2021


7 yanvar, Fineko/abc.az. Gürcüstanda koronavirus əleyhinə üç vaksin – “Pfizer”, “Moderna” və “Astrazeneka” peyvəndlərinin tətbiqinin mümkünlüyü nəzərdən keçirilir.

ABC.AZ xəbər verir ki, bunu  ölkənin səhiyyə nazirliyindən bildiriblər.

Qeyd olunub ki, ölkədə vaksinasiyaya başlamaq üçün bir sıra prosedurlar tələb olunur.

Qeyd edək ki, ölkənin COVID-19-a qarşı vaksini bu ilin martında əldə edəcəyi gözlənilir. Peyvəndləmə əhalinin 20%-i üçün nəzərdə tutulub və dövlət hesabına həyata keçiriləcək.

 

Bütün xəbərlər