Daha 2 küçə asfaltlandı – Foto

12:28 - 7.01.2021


7 yanvar, Fineko/abc.az. Bakının Pirallahı rayonu ərazisində 2 küçədə aparılan təmir işləri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, rayonun Süleyman Bağırov və Gənclik küçələrində aparılan təmir işləri artıq bitib.

Təmir işlərinin aparıldığı ərazinin sahəsi 24 min kvadratmetr təşkil edir.

Qeyd edək ki, agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Pirallahı rayonunun Gürgən qəsəbəsinin uzunluğu 2 kilometr olan daxili yolunda təmir işləri aparılıb. Müəllif: Elmir Murad

 


Bütün xəbərlər