Şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılır - Detallar

10:17 - 8.01.2021


8 yanvar, Fineko/abc.az. Bu gün saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması  prosesi 13 yanvar saat 18:00-dək davam edəcək. Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Bütün xəbərlər