AzerGold universitetlə sənəd imzaladı – Kadr hazırlanacaq

15:55 - 12.01.2021


12 yanvar, Fineko/abc.az. Yanvarın 12-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

QSC-dən ABC.AZ-a daxil olmuş məlumatda bildirilir ki, tədbirdə hər iki tərəfin məsul şəxsləri ilə yanaşı, Türkiyənin İstanbul Texniki Universitetin prorektoru Hüseyin Kızıl və digər nümayəndələri iştirak ediblər.

Memorandum sənədini “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev və AzTU-nun rektoru Vilayət Vəliyev imzalayıblar.

Memoranduma əsasən, qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, bu sahədə yeni texnologiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur. 

 

Bütün xəbərlər