Mehriban Əliyeva Zəfər muzeyi barədə tapşırıq verdi

11:19 - 13.01.2021


13 yanvar, Fineko/abc.az. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilib.

Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, görüşdə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verilib.

Eyni zamanda, görüşdə qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib.

 

Bütün xəbərlər