Ötən il muzdla işləyənlərin ən çox çalışdığı sahələr - Siyahı

14:47 - 13.01.2021


13 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi ötən il Azərbaycanda muzdla işəyənlərin sayının artdığını əks etdirən hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə muzdla işləyənlərin 19,7%-i təhsil, 18,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər