Ağaclara ziyan verən sahibkar 5000 manat cərimələndi - Foto

16:05 - 13.01.2021


13 yanvar, Fineko/abc.az. Bakı şəhəri, Atatürk prospektində ağacların kəsilməsi ilə bağlı  daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

ABC.AZ xəbər verir ki, sözügedən əraziyə keçirilən baxış zamanı Atatürk prospekti, 118A ünvanında yerləşən obyektin qarşısındakı 3 müxtəlif cinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığı məlum olub.

Ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib olunub və o 5 000 manat məbləğində cərimə edilib.


Bütün xəbərlər