Yoluxanlar da, ölənlər də azaldı - Günün statistikası

17:13 - 13.01.2021


13 yanvar, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, son sutkada 1322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 16 nəfər isə “COVID-19”dan vəfat edib.

 

Bütün xəbərlər