Andrey Kobyakov: Belarus və Azərbaycan qarşılıqlı əmtəə dövriyyəsinin azalmasının neqativ tendensiyalarının qarşısını aldı

10:49 - 13.10.2017


Dünən Belarusun baş naziri Andrey Kobyakov Parlamentin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycanın nümayəndə heyətini qəbul edib.

“Azərbaycan - bizim mötəbər dostumuz və işgüzar tərəfdaşımızdır. Belarus - Azərbaycan münasibətləri zaman sınağından keçib və gələcəkdə də uzun illər ərzində möhkəmliyini qoruyub saxlayacaqdır. Azərbaycanla qarşılıqlı sərfəli və çox istiqamətli münasibətlərin  inkişafı Belarus üçün prioritetlərdən biridir. Cari ildə qarşılıqlı əmtəə dövriyyəsinin azalması mənfi tendensiyası aradan qaldırılmışdır. 8 ayın yekunlarına görə, xarici ticarətin həcmi, demək  olar ki, $100 milyon təşkil etmişdir”, - deyərək  Andrey Kobyakov bildirib.

Görüş zamanı o vurğulayıb ki, istehsal kooperasiyası müvəffəqiyyətlə inkişaf edir. 2007-ci ildən etibarən günümüzə qədər Azərbaycanda təxminən  10 min ədəd müxtəlif modifikasiyalı “BELARUS” traktoru, təxminən 4 min avtomobil, yedək, MAZ avtobusları yığılmışdır. Sentyabr ayında, MTZ (Minsk Traktor Zavodu) ilə Gəncə Avtomobil Zavodu arasında əlavə olaraq 400-dən çox traktorun ilin sonuna kimi tədarükünə dair müqavilə imzalanmışdır.  Belarus ərzaq məhsullarının sistemli ticarəti, o cümlədən, “Belorusskiy” markası altında ixtisaslaşdırılmış mağazalar şəbəkəsi vasitəsi ilə tənzimlənmişdir. 2017-ci ilin mayında Minskdə Azərbaycanın Ticarət evi açılmışdır.

Bu kimi genişmiqyaslı ticarət meydançası Belarusa Azərbaycan məhsulunun ixracının irəlidəki inkişafı üçün yeni imkanlar  təqdim edir. Gələn il, ölkələr, diplomatik əlaqələrin qurulmasının 25-illiyini qeyd edəcəklər.

“Bu vaxt ərzində Belarus və Azərbaycan ictimai-iqtisadi inkişafda ciddi müvəffəqiyyətlərə nail ola, əsl müstəqilliyi əldə edə bilmişdir. Biz nail olduğumuzla kifayətlənməməliyik, hər iki tərəf üçün maraqlı olan yeni ideyalar, səmərəli təkliflər mövcuddur. Birgə kooperativ innovasiya layihələri, IT sahəsində əməkdaşlıq,  elmi və işgüzar dairələri yaxınlaşdırmaqla yanaşı, həmçinin  bizim iqtisadiyyatlarımızın rəqabətə davamlılığının artımı üçün yaxşı zəmin təşkil edə bilər”, - deyərək baş nazir bildirib.

Oqtay Əsədov, öz növbəsində, Belarus və Azərbaycan arasında hələ SSRİ dövründən başlayan  dostluq xarakterli münasibətləri vurğulayıb.
Oqtay Əsədov qeyd edib: “Müstəqillik qurulandan sonra, münasibətlər yeni tərəfdaşlıq səviyyəsinə çıxdı”.

O, ticarət-iqtisadi əməkdaşlığın intensiv inkişafını xüsusilə qeyd etdi.

Bütün xəbərlər