2700-dən çox yeni iş yeri açılıb - Nazir

14:36 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin həcmini açıqlayıb.

ABC.AZ xəbər verir ki, nazir 2020-ci il ərzində 908 sahibkara 127 milyon manatadək güzəştli kredit verildiyini açıqlayıb.

"Bu kreditlər hesabına 2700-dən çox yeni iş yerinin açılması imkanı yaranıb” deyə nazir qeyd edib.

 

Bütün xəbərlər