Ermənistanda aksiyalar yenidən başladı – Paşnyanın istefası tələb olunur

17:00 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. Ermənistanda aksiyaçılar yenidən Yerevanın mərkəzinə toplaşıb.

ABC.AZ xəbər verir ki, çağırışçı əsgərlərin valideynləri hökumət binası qarşısında Baş nazir Nikol Paşinyanla görüş tələbi ilə etiraz aksiyası keçirirlər.

Valideynlər, həmçinin döyüşlərdə iştirak edən əsgərlərin tərxis olunmasını tələb edirlər. 

Bütün xəbərlər