Vaksin kifayət qədər təhlükəsizdir – Oqtay Şirəliyev

11:52 - 18.01.2021


18 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi səhiyyə naziri Oqtay Şirəliyev bu gün vaksinasiya olunub.

ABC.AZ-ın məlumatına görə, peyvəndləmədən sonra nazir jurnalistlırə açıqlama verərək bildirib ki, ölkə rəhbərliyinin səyi nəticəsində Azərbaycan da ən zəngin ölkələr siyahısına daxil olaraq vaksinasiyaya başlayıb. Onun sözlərinə görə, əksər ölkələrə valsinasiya ilin sonunda başlayacaq: "Amma Azərbaycan bütün şirkətlərlə əlaqədə olub. Vaksin kifayət qədər təhlükəsizdir. Bu vaxta kimi heç bir fəsad aşkar edilməyib. İnsanları dəvət edirik ki, vaksinasiyaya qoşulasız".

 

Bütün xəbərlər