Prezidentin azad olunmuş ərazilərdə xüsusi nümayəndələri olacaq - Fərman

14:25 - 19.01.2021


19 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, dövlət başçısı işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması barədə tapşırıq verib.

 

Bütün xəbərlər