Yaşayış evlərinin tikintisi azalıb - Bu sahəyə qoyulan maliyyə isə artıb

16:04 - 21.01.2021


21 yanvar, Fineko/abc.az. Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanda ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.

Belə ki, bu, əvvəlki illə müqayisədə 47,6% azdır. Təkcə dekabr ayında istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 82 min kvadrat metr təşkil edib ki, bu göstərici noyabr ayı ilə müqayisədə 41,7% azalıb. Buna baxmayaraq 2020-ci ildə Azərbaycanda yaşayış evlərinin tikintisinə 1 367,3 mln. manat investisiya yatırılıb. Bu rəqəm son bir ildə 2,9% artıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər