Moskvada həyat uzun müddətdən sonra yenidən normala dönür

11:08 - 22.01.2021


22 yanvar, Fineko/abc.az. Moskva şəhərində koronavirusun qarşısının alınması məqsədi ilə tətbiq edilən qadağalar yumşaldılmağa başlayır.

ABC.AZ xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin açıqlama verib.

O, bildirib ki, yanvarın 22-dən etibarən şəhərdə muzeylər, kitabxanalar və digər mədəniyyət müəssisələri işlərini bərpa edəcəklər.

Həmçinin bu gündən etibarən ziyarətçilərinin sayı müvafiq binalarda ümumi tutumunun 50%-dən çox olmaması şərti ilə əyləncə, sərgi, maarifləndirmə, reklam və digər bu kimi tədbirlərin keçirilməsinə icazə verilir. Eyni zamanda, kolleclər, uşaq əyləncə məkanları, idman məktəbləri, kurslar, fevralın 6-dan isə ali təhsil mərkəzləri yenidən işə başlayır. Qeyd edək ki, Moskvada son bir gündə koronavirusa 3 458 nəfər yoluxub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər