Fevralın 1-dən dərslər başlayır – Mərhələli formada

12:13 - 22.01.2021


22 yanvar, Fineko/abc.az. Fevralın 1-dən etibarən mərhələli şəkildə təhsilin bərpa olunmasına qərar verilib.

ABC.AZ-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, ibtidai təhsil və məktəbəqədər təhsil qismən bərpa olunur.

"Dərslər həftədə 3, sıxlığın az olduğu yerlərdə isə həftədə 4 və ya 5 dəfə əyani formada keçiriləcək" deyə nazir qeyd edib.

 

Bütün xəbərlər