Gürcüstan aviareysləri bərpa edir - Bütün istiqamətlərə

15:05 - 22.01.2021


22 yanvar, Fineko/abc.az. Fevralın 1-dən Gürcüstanda bütün istiqamətlər üzrə müntəzəm aviareyslər bərpa olunacaq.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Nazirin sözlərinə görə, uçuşlar bütün tibbi protokol qaydalarına riayət olunmaqla həyata keçiriləcək: “Qərara əsasən, Gürcüstanda fəaliyyət göstərən və fəaliyyətini davam etdirən, həmçinin aviasiya bazarına daxil olmaq arzusunda olan bütün aviaşirkətlər müntəzəm uçuşlar təyin edə biləcəklər”.

 

Bütün xəbərlər