"Azərpoçt" Pikap avtomobilləri alır - 156 min manat ödəniş edəcək

11:38 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. "Azərpoçt" MMC bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, qurum 3 ədəd Pikap tipli nəqliyyat vasitələrinin alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Açıq tenderin qalibi "DİAMOND MOTORS" MMC olub.

"Azərpoçt" qalib şirkətə 156 min manat ödəyəcək.

Bütün xəbərlər