Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayı azalıb

12:29 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. 2020-ci ildə Gürcüstandan Azərbaycana 226,3 milyon ABŞ dolları dəyərində 23 348 ədəd minik avtomobili ixrac olunub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, avtomobillərin sayı illik müqayisədə 898 ədəd azalıb.

Ötən il Azərbaycan Gürcüstandan ümumi dəyəri 9,9 milyon ABŞ dolları olan yük daşımaq üçün 1 513 ədəd motorlu nəqliyyat vasitəsi də idxal edib. Bu, 2019-cu illə müqayisədə 146 ədəd azdır.

 

Bütün xəbərlər