Ötən il 2 nəfər prokurorluq orqanlarından xaric edilib – Hesabat

17:33 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. 2020-ci il ərzində öz fəaliyyətini və vəzifələrini layiqincə yerinə yetirə bilməyən 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun geniş kollegiya iclasında məlumat verilib. Bildirilib ki, onlardan ikisi prokurorluq orqanlarından xaric edilib, səkkiz nəfər vəzifədən azad olunub.

15 nəfərə töhmət və ya şiddətli töhmət, beş nəfərə isə digər intizam tənbehi tədbirləri tətbiq edilib.

 

 

Bütün xəbərlər