Antikorrupsiya tədbirləri ardıcıl şəkildə davam etdiriləcək – Bu il

11:27 - 26.01.2021


26 yanvar, Fineko/abc.az. Korrupsiyaya qarşı tədbirlər güclənəcək.

ABC.AZ-ın məlumatına görə, bu yanvarın 25-də keçirilən hökumət üzvlərinin müşavirəsində açıqlanıb.

Qeyd olunub ki, 2021-ci ildə hökumət bir sıra prioritetlər barədə qərar verib.

Onıarın sırasında antikorrupsiya tədbirləri ardıcıl şəkildə davam etdirilməli və bütün dövlət qurumlarını əhatə etməli, Mərkəzi icra hakimiyyəti orqanlarının Hökumətə təqdim etdiyi təkliflərin hər birində antikorrupsiya mexanizmləri və elementləri nəzərdə tutulmalı, sui-istifadə hallarına qətiyyən yol verilməməli, iqtisadi artım və sabitlik olmalı, vari ildə iqtisadi artımın bərpa edilməlii, inflyasiya meyllərinin qarşısı alınmalı, valyuta ehtiyatları səmərəli idarə edilməlidir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər