Ya Laçında, ya da Kəlbəcərdə beynəlxalq hava limanı inşa ediləcək - Prezident

14:52 - 26.01.2021


26 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

ABC.AZ-ın məlumatına görə, qəbul zamanı dövlət başçısı hava limanlarının vəziyyətinə toxunaraq Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanının beşulduzlu hava limanı olduğunu qeyd edib:

"Dünyada belə hava limanlarının sayı 10-a yaxındır. MDB-də isə artıq neçə ildir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı birinci yerdədir. Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir. Son illərdə 7 hava limanı inşa edilib. Onlardan 6-sı beynəlxalq statusa malikdir və bütün növ təyyarələri, o cümlədən ən ağır yük təyyarələrini qəbul edə bilir. Bildiyiniz kimi, Füzuli şəhərində yeni beynəlxalq hava limanının inşasına start verilib və azad edilmiş torpaqlarda - ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək”.

 

Bütün xəbərlər