Sahibkarlara yenidən maliyyə dəstəyi göstərilib - Siyahı

16:23 - 26.01.2021


26 yanvar, Fineko/abc.az. Sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstərilib.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olmuş məlumata görə, sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılıb.

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı 4-cü mərhələ çərçivəsində 174.316 muzdlu işçini əhatə edən 18.845 vergi ödəyicisinə 39,06 mln. manat həcmində maliyyə dəstəyi göstərilib.

Maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində verilib.

Eyni zamanda, yeni qeydiyyatdan keçmiş vergi ödəyiciləri də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlanıblar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər