Yasamal Yaşayış Kompleksində bu qədər ailə güzəştli mənzilə sahib olub – MİDA hesabat verdi

17:04 - 26.01.2021


26 yanvar, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyinin ötən il ərzində fəaliyyətinin yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş videokonfrans formatında iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, iclasda ötən ilin əvvəlində MİDA-nın ilk layihəsi - Yasamal Yaşayış Kompleksində mənzillərin satışı tam başa çatdırdığı və ümumilikdə 1633 ailənin güzəştli mənzilə sahib olduğu açıqlanıb.

Hövsan Yaşayış Kompleksində mənzillərin sayına toxunulub və qeyd olunub ki, 2962 ədəddir.

Kompleksdə 1920 yerlik tam orta məktəb, hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, tibb mərkəzi inşa olunub. 2020-ci ildə Hövsan Yaşayış Kompleksində yerləşən mənzillərin 3 satışı həyata keçirilib. Vətəndaşlara təklif olunan mənzillərdən 813-nün rəsmiləşdirilməsi başa çatdırılıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər