Sığorta yığımları 7%, ödənişlər isə 54,3% artıb – Ötən il

17:30 - 26.01.2021


26 yanvar, Fineko/abc.az. Ölkənin əsas Bankı 2020-ci ildə ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən yığılan sığorta haqlarının həcmini açıqlayıb.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sözügedən dövrdə sığorta şirkətləri ümumilikdə 728 milyon  634 min manat həcmində sığorta haqqı yığıb.

Hesabat ilində şirkətlər tərəfindən 465 milyon 153 min manat həcmində ödəniş həyata keçirilib.

Hesabata əsasən, sığorta yığımları ötən il 7% artıb, ödənişlərdə isə 54,3% artım qeydə alınıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər