Həyat sığortası növlərində yığım artıb - Ötən ilin hesabatı

10:13 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri barədə hesabatını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 2020-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 303 milyon 744 min manat sığorta haqqı toplanılıb.

Bu, 2019-cu illə müqayisədə 13,6% çoxdur.

Ötən il qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 424 milyon 890 min manat təşkil edib. Bu isə illik müqayisədə 2,7% çoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər