Ötən il ödənişləri artan sığorta növləri – Siyahı

10:20 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. Ötən il həyat sığortası növləri üzrə ödənişlər 2,3 dəfə artaraq 283 milyon manata çatıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 3,1% artaraq 182 milyon 153 min manata çatıb.

2020-ci ildə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 93,2 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 42,9 manatı müştərilərə geri ödənilib.

Bu rəqəmlər 2019-cu ildə müvafiq olaraq 46,7 manat və 42,7 manat olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər