ABŞ-ın milyarderləri panemiyada daha da varlanıb

11:38 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. Koronavirus pandemiyasının səbəb olduğu böhrana baxmayaraq amerikalı milyarderlərin sərvətləri artıb.

ABC.AZ xəbər verir ki, pandemiyanın yeni başladığı dönəmdə ABŞ-ın 660 milyarderinin cəmi sərvəti 3 trilyon dollardan bir az aşağı olub.

O vaxtdan 18 Yanvar 2021-ci il tarixinədək isə milyarderlərin sərvəti 4,1 trilyon dollara qədər yüksəlib.

ABŞ milyarderləri pandemiyanın təsirli olduğu 10 aylıq müddətdə sərvətlərini 1,1 trilyon dollar artırıb və bu təxminən 40%-lik bir artım olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər