“Keşikçidağ” qoruğuna gedən avtomobil yolu yenidən qurulur – Foto

11:53 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolunun inşasına başlanılıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər.

Qeyd olunub ki, sözügedən qoruğa gedən yeni avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci  km-dən götürür.

II texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 km təşkil edir.

Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir.

 


Bütün xəbərlər